Dünya

İspaniya parkında sonuncu su hövzəsi qurudu

4 Sentyabr 2022 13:37
Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Donyana Milli Parkında sonuncu su hövzəsi quruyub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu ərazi YUNESKO tərəfindən Dünya İrsi siyahısna salınıb. Hazırda bu bölgədə artıq təbii şirin su ehtiyatı yoxdur.

Parkdakı ən böyük laqun olan Santa Olalla tamamilə quruyub. Digər su anbarları da quruyub. Bu da yüzlərlə fauna və bitki örtüyünün zədələnməsinə səbəb olur. Bəzi növləri isı tamamilə yox ola bilər.

Avqustun 23-də Avropa Komissiyası (AK) bildirib ki, Avropada mövcud quraqlıq son 500 ilin ən ciddi quraqlığı ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.