Dünya

Zaporojye AES yaxınlığında Ukraynanın desant qüvvələri məhv edilib - Rusiya MN

1 Sentyabr 2022 12:45
Baxış: 986
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin desantını məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Moskva vaxtı ilə saat 07:00 radələrində Rusiya Silahlı Qüvvələrinin bölmələri Ukrayna Silahlı Qüvvələrinin desant qüvvələrinin Zaporojye AES-dən bir neçə kilometr aralıda Vodyanoe yaşayış məntəqəsində Nikopoldan çıxan iki özüyeriyən barjaya endirmək cəhdinin qarşısını alıb. Rusiya hərbçiləri Ukrayna desantları ilə birlikdə nəqliyyat vasitəsini batırmağa müvəffəq olublar",- deyə Rusiya MN-nin yaydığı məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.