Dünya

Fransa prezidenti musiqi festivalında təhqir edilib

28 Avqust 2022 22:18
Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa prezidenti Emmanuel Makron Tuke kommunasında keçirilən musiqi festivalında gözlənilməz hadisə ilə qarşılaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dövlət başçısı və xanımı "Touquet Music Beach" musiqi festivalında iştirak etmək üçün tədbirin keçirildiyi çimərliyə gəlib.

Makron cütlüyü xüsusi ayrılmış yerə keçən zaman tanınmış caz ustası Mark Rebiye dövlət başçısının ünvanına qeyri-etik ifadələr işlədib. Festivalın təşkilatçılarının caz ustasını sakitləşdirmək cəhdləri fayda verməyib.

Qeyd edək ki, Fransa prezidenti Əlcəzairə son səfərində də xoş olmayan vəziyyətlə qarşılaşmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.