Dünya

İş yoldaşı qadını qucaqlayaraq onun üç qabırğasını sındırıb

18 Avqust 2022 20:45
0 Şərh     Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Hunan əyalətinin Yueyang şəhərinin sakini onu çox bərk qucaqlayan və üç qabırğasını sındıran həmkarını məhkəməyə verib.

Milli.Az bildirir ki, bu barədə Hindistan portalı məlumat yayıb.

Çinli qadın iş yerində həmkarı ilə ünsiyyətdə olarkən xəsarət alıb. Söhbətin ortasında başqa bir həmkarı ona yaxınlaşaraq onu elə bərk-bərk qucaqlayıb ki, ağrıdan qışqırıb.

İşdən sonra qadın döş qəfəsində ağrı hiss etsə də, həkimə müraciət etməyib. Bunun əvəzinə sinəsini isti yağla ovuşdurub yatmağa qərar verib.

Bir həftə sonra döş qəfəsindəki kəskin ağrılar keçməyib və çinli qadın həkimə müraciət edib. Rentgen müayinəsi onun üç qabırğasının sındığını göstərib: ikisi döş qəfəsinin sağ tərəfində, biri isə solunda. Nəticədə o, xəstəlik məzuniyyəti götürməli və tibbi xərclərə külli miqdarda pul xərcləməli olub.

Qadın onu qucaqlayan həmkarı ilə görüşərək ondan təzminat tələb etsə də, razılaşa bilməyiblər. Onun fikrincə, onun mehriban qucaqlaşmalar nəticəsində xəsarət almasına dair heç bir sübutu yox idi. Daha sonra çinli qadın ona qarşı iddia qaldırıb.

Məhkəmə, həmçinin sınıqların başqa fiziki fəaliyyət nəticəsində yarandığına dair heç bir dəlilin olmadığına qərar verib və həmkarına təzminat kimi qadına 10.000 yuan (1500 dollar) ödəməyə qərar verib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.