Dünya

Ana oğlunu bir neçə ay zəncirdə saxlayıb

15 Avqust 2022 19:07
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada məhkəmə oğlunu 4 ay zəncirdə saxlayan Nefteyuqansk sakinini həbs edib.

Milli.Az bildirir ki, bu barədə Xantı-Mansiysk Muxtar Dairəsi (Yuqra) prokurorluğunun saytında məlumat verilib.

"Təqsirləndirilən şəxsin məhkəməsi müstəntiqin vəsatəti, prokurorun dəstəyi ilə həbs qətimkan tədbiri seçib. Cinayət işi mahiyyəti üzrə baxılması üçün Nefteyuqansk Rayon Məhkəməsinə göndərilib", - məlumatda deyilir.

Qadın şəxsi qanunsuz olaraq azadlıqdan məhrum etməkdə, işgəncə verməkdə və yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi vəzifələrini lazımınca yerinə yetirməməkdə ittiham olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, uşağın davranışından əsəbiləşən ana onun ayağını metal zəncirlə divara bağlayıb. Belə ki, o, bu ilin fevralından may ayına kimi fiziki ağrı və ruhi iztirablar içində dörd ay keçirib.

Rusiya İstintaq Komitəsinin regional idarəsi qadının öz günahını yalnız qismən etiraf etdiyini bildirib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.