SENSASİYA! Gizli sənədlər, ələ keçirilən xəzinə - Tramp məxfi nüvə məlumatlarına sahibdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Federal Təhqiqatlar Bürosu avqustun 8-də keçmiş ABŞ prezidenti Donald Trampın Florida ştatındakı "Mar-a Laqo" tətil zonasında yerləşən evinə basqın edib. Axtarış Trampın prezidentliyi dövründə Ağ Evdən Floridadakı evinə bəzi sənədləri gətirib-gətirməməsi ilə bağlı olub.
ABŞ-ın Ədliyyə Nazirliyinin rəhbəri və Baş prokuror Merrik Qarland keçmiş prezident Donald Trampın Florida ştatındakı mülklərində FTB-nin axtarışını şəxsən təsdiqlədiyini və bunun ictimaiyyətə faydalı olduğu üçün paylaşıldığını açıqlayıb.
Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, bu açıqlamanın yaratdığı şok effekti keçməmiş Donald Tramp M.Qarlanda özünün "Truth" sosial sosial şəbəkəsindəki hesabından cavab verib.
"Prezident Obamanın Çikaqoya apardığı 33 milyon səhifəlik sənədlər necə oldu? Saxta xəbər saytları bu barədə danışmaqdan imtina edir. Onlar buna məhəl qoymaq istəmirlər" - Tramp yazıb.
Trampın digər paylaşımlarında isə evində aparılan axtarışdan ciddi narahatlıq keçirdiyi hiss olunur: "Vəkillərim və nümayəndələrim əməkdaşlıq edirdilər. Hökumət bacardığı qədər istədiyini ala bildi. Müəyyən ərazini bağlamağımızı istədilər, bağladıq! Hər şey çox yaxşı gedirdi, bir çox əvvəlki prezidentlərdən daha yaxşı idi, lakin birdən-birə, heç bir xəbərdarlıq etmədən səhər saat 6:30-da Mar-A-Laqodakı mülkümə çoxsaylı agentlər tərəfindən basqın edildi. Hədlərini aşdılar. Bu, dəlilikdir!"
ŞOK EFFEKTİ YARADAN İDDİALAR
Qarşılıqlı söz savaşının davam etdiyi bir vaxtda "Washington Post"un irəli sürdüyü iddia daha da çaşqınlıq yaradıb.
Qəzet yazır ki, FTB Trampın evinə gizli nüvə silahı sənədlərini axtarmaq üçün basqın edib: "Təhqiqatla bağlı məlumatı olan şəxslərin sözlərinə görə, nüvə silahı sənədləri FTB-nin Trampın mülkündə ələ keçirdiyi "xəzinə"də ola bilər. Mənbələr bu sənədlərin ABŞ arsenalına, yoxsa başqa ölkəyə aid edildiyini dəqiqləşdirməyiblər".
TRAMP BU SƏNƏDLƏRLƏ ÖYÜNÜRDÜ
Məhkəmə hökumətə tapşırıq verib ki, vəsatəti Trampın vəkillərinə təqdim etsin və bu gün saat 15:00-a qədər Trampın həbs qərarının götürülməsinə etiraz edib-etmədiyini bildirsin.
Qeyd edək ki, bu cür sənədlərin şübhəli mövcudluğu ABŞ baş prokurorunun FTB agentlərinə verdiyi axtarış əmrinin səbəbini açıqlaya bilər. Belə ki, Mar-a-Laqodakı mülkdə, həqiqətən də, nüvə silahı sənədləri tapılarsa, Qarlandın niyə siyasi addım ataraq belə bir göstəriş verdiyi məlum olacaq. Çünki sənədlərin geri qaytarılması milli təhlükəsizlik prioriteti kimi qəbul ediləcək.
Xatırladaq ki, Tramp prezidentliyi dövründə ABŞ-ın nüvə arsenalına xüsusi diqqət yetirirdi və əlində olan məxfi nüvə silahı sənədləri ilə öyünürdü.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi





