Dünya

İranın Qafandakı konsulu işə başladı

11 Avqust 2022 23:07
0 Şərh     Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abedin Varamin İranın Ermənistanın Qafan şəhərində Baş konsulu təyin edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan mətbuatına İran parlamentinin deputatı Robert Beqlaryan bildirib.

Deputat bildirib ki, Baş konsul artıq İrəvandadır, bir sıra görüşlər keçirib və vəzifəsinin icrasına başlayıb.

Bununla yanaşı, Beqlaryan əlavə edib ki, bürokratik maneələr diplomatın öz missiyasını tam şəkildə icra etməsinə mane olur: "Məndə olan məlumata görə, Baş konsulluğun yerləşəcəyi bina hələ hazır deyil".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.