Dünya

ABŞ 100-dən artıq Belarus vətəndaşına sanksiya tətbiq edib

10 Avqust 2022 01:29
0 Şərh     Baxış: 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezident Aleksandr Lukaşenkonun ailə üzvləri də daxil olmaqla, 100-dən artıq Belarus vətəndaşına qarşı sanksiya tətbiq edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken "Twitter" səhifəsində yazıb.

O, sanksiyaların Belarusda keçirilən və ABŞ-ın nəticələrini legitim saymadığı seçkilərin ikinci ildönümü ilə bağlı qəbul edildiyini qeyd edib.

Dövlət katibi ABŞ-ın Belarus xalqının demokratik gələcəyinə dəstək verəcəyini vurğulayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.