Dünya

Ukrayna hərbi rəhbərlərinə sui-qəsd planlaşdıran killerlər saxlanılıb

8 Avqust 2022 18:25
0 Şərh     Baxış: 1 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Təhlükəsizlik Xidməti müdafiə naziri Aleksey Reznikov və Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova qarşı sui-qəsd planlaşdıran killerləri saxlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin saytında yayımlanmış məlumatda bildirilib.

Qeyd olunub ki, qurumun əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Ukrayna hərbi-siyasi rəhbərliyinə qarşı sui-qəsd planlaşdıran Rusiya kəşfiyyatçılarından ibarət təxribat və müşahidə qrupu zərərsizləşdirilib.

Vurğulanıb ki, qrupun tapşırığı Reznikov və Budanovla yanaşı, tanınmış ukraynalı aktivistin qətlə yetirilməsi olub. Məlumatda o da qeyd olunub ki, qrup üzvlərinə hər qətlə görə 100-150 min ABŞ dolları ödəniləcəyi vəd edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.