Dünya

ABŞ diplomatı Ukraynada müharibənin nə qədər davam edəcəyini bildirib

7 Avqust 2022 21:48
0 Şərh     Baxış: 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada müharibə gələn il və yaz-yay aylarında davam edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu amerikalı diplomat, ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.

Onun sözlərinə görə, bu qışdan sonra hərbi əməliyyatların yeni mərhələsi başlayacaq.

"Siz başa düşməlisiniz ki, daha çətin günlər hələ qabaqdadır. Lakin Ukrayna indiki vəziyyətə gəlmək üçün böyük irəliləyiş əldə edib", - diplomat vurğulayıb.

Volkerin sözlərinə görə, Avropa, Ukrayna və hətta Rusiya üçün bu qış xüsusilə enerji resurslarına görə son dərəcə çətin keçəcək:

"İnanıram ki, bu qış hamı üçün ağır keçəcək: Avropa, Ukrayna və Rusiya üçün də. Amma biz təkcə hərbi deyil, həm də maliyyə, humanitar yardımı göstərəcəyik. Aİ üçün də bu qış enerji resursları ilə bağlı problemlərə görə ağır keçəcək. Onlar qışa hazırlaşırlar. Bu yaxınlarda Almaniya nümayəndəsi ilə danışdım, enerjinin bahalaşması böyük problemdir. Onlar hər şeydən necə sağ çıxacaqlarını anlamağa çalışırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.