Dünya

KİV: Misir Qəzzada tərəflərlə atəşkəsi razılaşdırıb

7 Avqust 2022 19:23
Baxış: 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Qəzza zolağında İsrail Müdafiə Qüvvələri ilə "İslami Cihad"ın nümayəndələri arasında atəşkəs başlayacaq.

Milli.Az bildirir ki, bu barədə "report" "Al Jazeera"yə istinadən xəbər verir.

Misir rəsmilərinin yaxın vaxtlarda açıqlama verəcəyi bildirilir. Atəşkəsin saat 20:00-da qüvvəyə minəcəyi gözlənilir. Bunun nə qədər davam edəcəyi hələ məlum deyil.

Eyni zamanda, nə İsrail, nə də "İslami Cihad" qruplaşması indiyədək atəşkəs barədə razılıqlarını açıq şəkildə bəyan ediblər.

Xatırladaq ki, daha əvvəl "The Times of Israel" mənbələrə istinadən İsrailin atəşkəsə razılaşdığını və Fələstin tərəfdən cavab gözlədiyini yazıb.

Bundan əvvəl ölkənin maliyyə naziri Aviqdor Liberman İsrailin Qəzza zolağında əməliyyatı dayandırmağa hazır olduğunu bildirərək, bunun üçün şərtləri açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.