Dünya

ABŞ, Fransa və Böyük Britaniya...

5 Avqust 2022 08:10
0 Şərh     Baxış: 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ, Fransa və Böyük Britaniya birgə bəyanatda Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzvü olan nüvə silahı olmayan ölkələrə verilən təhlükəsizlik zəmanətlərinə sadiq olduqlarını bir daha bəyan ediblər.

Trend bu barədə TASS-a istinadən xəbər verir. Vaşinqton, London və Parisin qeyd etdiyi kimi, nüvə silahından istifadə edilməməsinə dair təminat və nüvə silahından istifadə edərək təcavüzün qurbanı olmuş ölkələrə yardım "təhlükəsizlik faydalarını vurğulayır".

NPT 1968-ci ildə imzalanıb və Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransanın nüvə arsenallarını qanuniləşdirib. Sənədi imzalayan digər dövlətlər kütləvi qırğın silahı yaratmaq və ya əldə etmək hüququndan məhrumdurlar. Hazırda 190-dan çox ölkə sazişin iştirakçısıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.