Ağ Evdən Pelosinin Tayvana səfəri ilə bağlı AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Vaşinqtonun "vahid Çin" siyasəti ilə ziddiyyət təşkil etmir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi brifinq zamanı bildirib.
"Əlbəttə, biz Konqres üzvlərinə gəldikdə həmişə etdiyimiz kimi, onun səyahətini izləyirik. Bölgədə səyahət edərkən onun təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görmüşük. Açıq deyim: spikerin səfəri bizim çoxillik "vahid Çin" siyasətimizə tamamilə uyğundur. Biz açıq şəkildə bildirdik ki, bizim "vahid Çin" siyasətimizdə heç bir dəyişiklik yoxdur", - deyə C.Kirbi bildirib.
Onun sözlərinə görə, ABŞ rəsmiləri hesab edirlər ki, Pekin N.Pelosinin Tayvana səfərinə cavab olaraq uzunmüddətli perspektivdə addım atmağa davam edəcək.
O əlavə edib ki, Birləşmiş Ştatlar administrasiyası Tayvanın müstəqilliyini dəstəkləmir və bu yaxınlarda bu mövqeyi ən yüksək səviyyədə Çin hakimiyyətinin diqqətinə çatdırıb.
O, ABŞ-ın Çinlə münaqişə istəmədiyini bildirib: "ABŞ böhran istəmir və buna can atmır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
-
Qızıl ucuzlaşdı
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
-
Rusiya ordusunun itkiləri açıqlandı
-
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
-
Almatıda zəlzələ oldu
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
“JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - (Foto)
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
-
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var





