Dünya

Küveyt hərbi xidmət yaşını 28-dən 30-a qaldırıb

31 İyul 2022 22:14
0 Şərh     Baxış: 558
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Küveytdə hərbi xidmət üçün yaş həddi iki il artırılaraq 28-dən 30-a qaldırılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.

Müvafiq əmri Küveytin Baş nazirinin müavini, müdafiə naziri və daxili işlər nazirinin səlahiyyətlərini icra edən Şeyx Talal Xalid əl-Əhməd əl-Sabah verib.

Nazir bildirib ki, bu qərar Küveyt xalqının əksəriyyətinin öz ölkəsinə xidmət etməsinə imkan vermək, eləcə də bütün hərbi və təhlükəsizlik qüvvələrinə qəbul şərtlərində bərabərliyə nail olmaq məqsədi daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.