Dünya

Fransa rusiyalı oliqarxların əmlakı ilə bağlı araşdırmaya başlayıb

26 İyul 2022 08:54
0 Şərh     Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Maliyyə Prokurorluğu Rusiya Prezidenti Vladimir Putinə yaxın oliqarxların ölkə ərazisində yerləşən sərvətlərinin mənşəyi ilə bağlı ilkin araşdırmaya başlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, istintaq çirkli pulların mütəşəkkil şəkildə yuyulması, korrupsiya cinayətləri, büdcə vəsaitlərinin mənimsənilməsi və vergi qanunvericiliyinin kobud şəkildə pozulması ilə bağlı mümkün hallara aiddir.

Qeyd olunub ki, araşdırma nəticəsində Rusiya dövlət başçısına yaxın bəzi oliqarxların hansı şəraitdə Fransada böyük miqdarda sərvətlər əldə etməsi müəyyən olunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.