Dünya

Zelenski Xüsusi Əməliyyat Qüvvələrinin komandanını vəzifəsindən azad etdi

25 İyul 2022 21:38
0 Şərh     Baxış: 1 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Qriqori Qalaqanı vəzifəsindən azad edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc edilib. "Qriqori Anatolyeviç Qalaqan Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin", - sənəddə deyilir.

Bu vəzifəyə Qriqori Qalaqanın yerinə Viktor Xorenko təyin edilib.

Qalaqan 2020-ci ilin avqustunda Xüsusi Əməliyyat Qüvvələrinin komandiri təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.