Dünya

Bolsonaru yenidən prezident seçilə bilər

25 İyul 2022 08:09
0 Şərh     Baxış: 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya Liberal Partiyası hazırkı dövlət başçısı Jair Bolsonaronu oktyabrda keçiriləcək prezident seçkilərində rəsmi olaraq namizəd kimi irəli sürüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə partiyanın saytında bildirilib.

"Liberal Partiya bu bazar günü, iyulun 24-də keçirilən Milli Qurultayında yekdilliklə prezident Jair Bolsonaronu yenidən seçilmək üçün namizəd kimi təsdiqləyib", - deyə qeyd olunub.

Keçmiş müdafiə naziri Valter Braqa Nettu vitse-prezident vəzifəsinə namizəd kimi təsdiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.