Dünya

Türkiyədə kütləvi zəhərlənmə: 71 nəfər xəstəxanalıq oldu

21 İyul 2022 07:24
0 Şərh     Baxış: 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Bolu vilayətində əhali arasında kütləvi zəhərlənmə baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, son bir neçə gün ərzində Boluda zəhərlənmə şübhəsi ilə 71 nəfər xəstəxanalara müraciət edib. Onlardan 36-nın müalicəsi davam edir, yeddi nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib. Müalicələrinin davamı məqsədilə Ankara Universitetinin Xəstəxanasına köçürülən beş uşaq üçün dializ prosesi başladılıb.

Bolu valisi Erkan Kılıç bildirib ki, zəhərlənmə hallarının son günlər bölgədə baş verən sel və daşqınlar nəticəsində içməli suyun mikroblarla çirklənməsi səbəbindən olduğu ehtimal edilir. Ankarada sudan alınan nümunələr üzərində araşdırmalar aparılır. Hadisə ilə bağlı yaradılan sağlamlıq qrupları zəhərlənmələrin baş verdiyi bölgədə evlərdə müşahidələr apararaq vətəndaşların sağlamlıq vəziyyətini yaxından izləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.