Böyük Britaniyanın Qatvik Hava limanında su borusunun partlaması, aeroport daxilində iflic vəziyyət yaradıb.
Milli.Az xəbər verir ki, kəskin istilərin Britaniyada "at oynatdığı" bir vaxtda su borusunun partlaması restoranların və hava limanı daxilindəki bir çox ictimai iaşə obyektlərinin fəaliyyətini dayandırmasına səbəb olub.
Hətta iş o yerə çatıb ki, hava limanı içərisindəki tualetlərdən də istifadə edilməsi yasaqlanıb.
Sərnişinlərin narahatlığını minimuma endirmək üçün Qatvik Hava Limanının administrasiyası sərnişinlərə pulsuz şüşə su vermək qərarına gəlib. (publika.az)
Milli.Az