Dünya

Avropada dəhşətli istilər səngimir: Ölü sayı min nəfəri keçdi

18 İyul 2022 22:55
0 Şərh     Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya və Portuqaliyada isti havaların təsirindən 1027 nəfər həyatını itirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, havanın temperaturunun 40 dərəcəni keçdiyinə görə ölənlərin sayının artmasından narahat olan səhiyyə işçiləri insanlardan zəruri olmadıqca çölə çıxmamağı xahiş edib.

Elm adamları son bir neçə gündə qeydə alınan yüzlərlə ölümü iqlim dəyişikliyi səbəbindən artan temperaturla əlaqələndirib.

Onlar "səssiz qatil" adlandırdıqları isti dalğasının həssas insanları "vurmağa" davam edəcəyini bildiriblər.

Fransa, Portuqaliya, Yunanıstan və Xorvatiyada meşə yanğınları davam edir.

Meteoroloqlar isti hava dalğasının gələn həftə də davam edəcəyini və Almaniya və Belçika kimi digər Avropa ölkələrinə də təsir edəcəyini açıqlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.