Dünya

Çavuşoğlu iranlı həmkarı ilə müzakirə APARDI

17 İyul 2022 21:56
0 Şərh     Baxış: 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğl və iranlı həmkarı Hoseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Nazirlər iki ölkə arasında siyasi əlaqələri və iyulun 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana planlaşdırılan rəsmi səfəri barədə müzakirə aparıblar.

Qeyd edək ki, sabah Rəcəb Tayyib Ərdoğan Tehrana səfər edəcək. Səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə gerçəkləşir. Rəcəb Tayyib Ərdoğan İbrahim Rəisi və iyulun 19-da Astana formatı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Qeyd edək ki, iyulun 19-da Tehranda Suriya böhranının tənzimlənməsi ilə bağlı Astana formatı çərçivəsində Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.