Dünya

İvana Trampın ölüm səbəbi bəlli oldu

16 İyul 2022 16:07
0 Şərh     Baxış: 1 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın keçmiş Prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Trampın ölüm səbəbi bəlli olub. Belə ki, o, bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.  

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Nyu-York məhkəmə-tibbi ekspertizasının baş mütəxəssisi yayıb. 

Məlumata görə, İvana Trampın dünyasını dəyişməsinə səbəb aldığı xəsarətlər olub. Hazırda polis onun pilləkəndən yıxılması ehtimalını araşdırır. Belə ki, yerli media İvana Trampın cəsədinin evinin birinci mərtəbəsində pilləkənin aşağı hissəsində aşkar olunduğunu yazır. 

Xatırladaq ki, iyulun 14-ü İvana Trampın vəfat etməsi ilə bağlı məlumat yayılıb. İlkin məlumatda onun ürəktutmadan dünyasını dəyişdiyi bildirilirdi. 

Qeyd edək ki, İvana və Donald Tramp 1977-1992-ci illərdə evli olublar. Onların bu evlilikdən 3 övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.