Dünya

BMT Baş katibi: “İstanbulda ciddi addım atılıb”

13 İyul 2022 22:28
0 Şərh     Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İstanbulda Rusiya, Türkiyə, Ukrayna hərbi nümayəndə heyətləri və BMT nümayəndələrinin Ukraynadan taxıl ixracı məsələsi ilə bağlı keçirilən görüşündə ciddi addım atılıb".

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş bildirib.

"Bu gün İstanbulda Ukraynadan Qara dəniz vasitəsilə ərzaq məhsullarının təhlükəsiz və etibarlı ixracının təmin edilməsi istiqamətində mühüm addımın şahidi olduq", - o vurğulayıb.

Onun sözlərinə görə, bunun praktikada tətbiqi üçün daha çox texniki iş tələb olunacaq.

BMT tərəflərin taxıl ixracına dair rəsmi razılığa gələcəyinə ümid edir.

A.Quterreş hesab edir ki, tərəflər gələn həftə taxıl ixracı ilə bağlı razılığa gələ bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.