Amerikalı milyarder İlon Mask Gürcüstanda yeni şirkət açıb.
Milli.Az xəbər verir ki, milyarderə məxsus "Starlink" şirkətinin Gürcüstanda törəməsi təsis edilib.
Təsisçisi "Starlink Holdings Netherlands" şirkəti olan "Starlink Georgia"nın fəaliyyətinə icazənin alınması üçün Gürcüstanın Kommunikasiyaların Tənzimlənməsi üzrə Milli Komissiyasına müraciət ünvanlanıb.
Qurum şirkətin təqdim etdiyi sənədləri iyulun 14-də nəzərdən keçirəcək.
"Starlink" Gürcüstanda ucqar yaşayış məntəqələrini sürətli internetlə təchiz edəcək. (publika.az)
Milli.Az