Dünya

Göllərdə istirahət edənlərə atəş açdı

11 İyul 2022 16:22
0 Şərh     Baxış: 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Sankt-Peterburqda Leninqrad vilayətinin Vsevolojski rayonunun göllərində dincələn insanlara atəş açan şəxs saxlanılıb.

Milli.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verb.

Daxili İşlər Nazirliyindən verilən ilkin məlumata görə, hadisəni törədən 27 yaşlı təmizlikçi işləyən gəncdir. Rus öz vəhşiliyini onunla izah edib ki, o, asudə vaxtlarını Vsevolojsk vilayətinin göl bölgəsində keçirən narkomanlarla mübarizə aparmaq niyyətində olub.

Cinayət Axtarış Şöbəsinin əməkdaşları ondan 6,35 mm çaplı "Hatsan flash" markalı pnevmatik tüfəng götürüblər. Hazırda həmin şəxs dindirilir.

"Yaxın vaxtlarda ona qarşı ittiham irəli sürüləcək. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət hazırlanıb", - deyə idarənin mətbuat xidmətindən bildirilib. Qeyd olunur ki, şübhəli şəxsə psixoloji, psixiatrik və digər məhkəmə-tibbi ekspertizaları da təyin olunacaq.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.