Dünya

"Rusiyanın 37 500 hərbçisi məhv edilib" - Ukrayna Baş Qərargahı

11 İyul 2022 14:45
0 Şərh     Baxış: 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 37 500 hərbçisi məhv edilib".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1645 tank, 3828 zirehli maşın, 838 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 188 helikopter, 676 operativ-taktiki PUA, 155 qanadlı raket, 15 gəmi/qayıq, 2696 avtomobil və tanker, 66 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ordusu daha çox Kramatorsk istiqamətində itkilər verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory