Amerikalı aktyor Toni Siriko vəfat edib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyor 79 yaşında Florida ştatının Fort Lauderdeyl şəhərindəki qocalar evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Lakin Sirikonun son bir neçə ildə demensiyadan əziyyət çəkdiyi məlumdur.
Qeyd edək ki, aktyor bir çox ekran işində rol alıb. Ona şöhrət "HBO" yayımı serialında Poli rolu ilə qazanıb. Aktyor karyerasına başlamazdan əvvəl 28 dəfə müxtəlif səbəblərdən həbsə düşüb. O, 20 ay həbsdə olub.
Milli.Az