Dünya

Köpəkbalığı ailəsinin gözü qarşısında qadına hücum etdi

8 İyul 2022 18:52
0 Şərh     Baxış: 1 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da ailəsinin gözü önündə üzən qadına köpəkbalığı hücum edib və az qala ayağını qoparacaqdı.

Milli.Az bildirir ki, bu barədə "Outdoor Life" xəbər verir.

Hadisə iyunun 29-da Florida ştatının Florida Keys şəhərində Texasdan olan 35 yaşlı Lindsi Bruns əri və iki uşağı ilə yaxtada olarkən baş verib. Axşam saat 7 radələrində amerikalı sonuncu dəfə çimmək qərarına gəlib. O, bir neçə dəfə suya atladı və gəmiyə qayıtdı, sonra birdən qışqırmağa və kömək çağırmağa başladı.

Ər nə olduğunu görməyə tələsdi və arvadının ətrafında suda qan gördü. O, dərhal ona tərəf daldı və yaxtaya minməsinə kömək etdi. Brunsun ayağından qan axırdı. Sağ ayağının dizdən yuxarı hissəsində köpək balığının dişləməsindən dərin yara yaranmışdı. Ər qanaxmanı dayandırmaq üçün müvəqqəti ayağını sarıdı və köməyə çağırdı.

Dənizdə olan xilasedicilər qadını sahilə çıxarmağa kömək ediblər. Orada ona qan köçürüldü və helikopterlə Mayamiyə aparıldı. Cərrahlar dərhal Bruns üzərində iki əməliyyat keçirdilər, lakin onun ayağını xilas edə biləcəklərinə hələ də əmin deyildilər. Nəticədə üçüncü müdaxilə tələb olundu.

Florida Balıq və Vəhşi Təbiət Komissiyasının nümayəndələri bildiriblər ki, həkimlər indi qurbanın "əzasının əksər funksiyalarını bərpa edə biləcəklərinə" ümid edirlər. Amerikalıya hansı köpəkbalığının hücum etdiyi barədə məlumat verilmir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.