Dünya

Yunanıstanda meşə yanğınları başlayıb

5 İyul 2022 08:22
0 Şərh     Baxış: 453
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanın bir çox bölgəsində meşə yanğınları başlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yanğın səbəbindən bəzi kəndlərin və bir otelin ehtiyat tədbiri olaraq boşaldıldığı bildirilib.

Patra yaxınlığındakı Amfissa bölgəsində, İon dənizində Zakintos adasında, Peloponnesdə Kranidi bölgəsində, Afinanın şimalında Şimatari bölgəsində, Saloniki yaxınlığındakı Aynoroz yarımadasında və ölkənin qərbində İleyya şəhərində meşə yanğınlarına qarşı quru və havadan söndürmə işləri aparılır.

Yanğınlara müdaxilə edən yanğınsöndürmə briqadası güclü külək səbəbindən yanğın təhlükəsinin sabah da davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.