Dünya

Türkiyədə güclü yağış daşqınlara səbəb oldu

26 İyun 2022 23:15
0 Şərh     Baxış: 1 013
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Qara dəniz sahillərinə yaxın bölgələri güclü yağış sel və daşqınlara səbəb olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, güclü leysan nəticəsində Zonquldak şəhərinin mərkəzindəki Çaydamar dərəsi daşıb. Yamac və çay badlarının yuyulması nəticəsində avtomobillər dərələrə aşıb. Evləri, yolları sel basıb.

Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasedici qüvvələri təbii fəlakət bölgəsinə cəlb olunub. İndiyədək 20 fərdi evdə sakinlərin təxliyə edildiyi bildirilir.

Meteoroloqlar Anadolunun şimal-şərqində, eləcə də Ankara vilayəti bölgəsində güclü yağış sel və daşqınların davam edəcəyi barədə əhaliyə xəbərdarlıq ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.