Dünya

Yaponiyadan Rusiyaya avtomobillər aparan gəmi yandı

26 İyun 2022 13:30
0 Şərh     Baxış: 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Anqara" gəmisi Yaponiya dənizində, Honsyu adasındakı Toyama şəhərindən təxminən altı kilometr şimalda alovlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Niiqatadakı Baş Konsulluğu məlumat yayıb.

Qeyd olunub ki, Rusiya vətəndaşlarından ibarət 25 ekipaj üzvünün hamısı yanan gəmidən sağ-salamat çıxarılıb.

İşlənmiş yapon avtomobilləri daşıyan "Anqara" gəmisi Fuşiki limanından Vladivostoka doğru üzürmüş.

İlkin məlumatlara görə,yanğına səbəb gəminin göyərtəsində olan avtomobillərdən birinin alışması olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.