Dünya

Taxıl dəhlizində müsbət nəticə: Türkiyəyə məxsus gəmi Mariupolu tərk etdi

22 İyun 2022 23:29
0 Şərh     Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvada Qara dənizdə açılması planlaşdırılan taxıl dəhlizi ilə bağlı ilk görüş keçirilib. Müsbət ab-havada keçən danışıqlardan sonra Türkiyəyə məxsus "Azov Concord" gəmisi ilk xarici gəmi olaraq Mariupol limanından ayrılıb.

Milli.Az bildirir ki, bu barədə "Haber Global" məlumat verib.

Bildirilir ki, Moskvada Rusiya və Türkiyənin müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında danışıqlar aparılıb, Türkiyə ticarət gəmilərinin təhlükəsiz çıxışı və Ukrayna limanlarından taxıl ixracı məsələləri müzakirə edilib.

Rusiya nazirliyinin məlumatına görə, nümayəndə heyətləri ikitərəfli formatda qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar. Türkiyə Milli Müdafiə Nazirliyi də öz növdəsində "taxıl məsələsi" üzrə dördtərəfli (Türkiyə, Rusiya, Ukrayna, BMT) danışıqların zəruriliyi ilə bağlı razılığın əldə edildiyini, növbəti görüşün yaxın həftələrdə Türkiyədə gözlənildiyini bildirib.

Qeyd edək ki, "Azov Concord" quru yük gəmisi Ukraynanın Mariupol limanını tərk edən ilk xarici gəmi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.