Dünya

Şolts, Makron və Dragi gizli şəkildə Zelenskini Putinlə danışıqlara çağırdılar - Die Welt

17 İyun 2022 11:45
1 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya, Fransa və İtaliya liderləri - Olaf Şolts, Emmanuel Makron və Mario Draqi Kiyevə səfəri zamanı "qapalı qapılar arxasında" ukraynalı həmkarı Vladimir Zelenskini Rusiya tərəfi ilə danışıqları bərpa etməyə çağırıblar.

Milli.Az bildirir ki, bu haqda Almaniyanın "Die Welt" qəzeti yazır.

Qəzet yazır ki, üçlük "gecikib", lakin üç Avropa liderinin birlikdə səyahət etməsi gecikməni kompensasiya edir, çünki bu, "güclü birlik siqnalı verir". Həqiqətən də liderlərin üçü də Ukraynaya Avropa Birliyinə namizəd statusunun verilməsinin tərəfdarı idi.

Bunun müqabilində dövlət və hökumət başçıları "qapalı qapılar arxasında" çox güman ki, Zelenskini Rusiya prezidenti Vladimir Putinlə danışıqlar masasına oturmağa inandırıblar. Çünki onların ölkələrinin dəydiyi iqtisadi ziyan getdikcə pisləşir və kompensasiyası getdikcə çətinləşir", məqalədə deyilir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.