Dünya

İsrail bunun üçün Baydenə ümid edir - Lapid

15 İyun 2022 22:10
0 Şərh     Baxış: 847
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq səylərini dəstəkləmək üçün ABŞ Prezidenti Co Baydenin Yaxın Şərqə səfərinə ümid edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İsrailin xarici işlər naziri Yair Lapid Baydenin krallığa səfərindən gözləntiləri ilə bağlı sualı cavablandırarkən deyib.

"ABŞ prezidentinin buradan birbaşa Səudiyyə Ərəbistanına uçması, yəqin ki, münasibətləri yaxşılaşdırmaq imkanının olması deməkdir. İsrail liderlərinin münasibətləri normallaşdırmaq istədiyi ölkələrin siyahısı var: Səudiyyə Ərəbistanı onların arasında birincidir", - Lapid bildirib.

Məlumatda qeyd olunur ki, İsrail və Səudiyyə Ərəbistanının rəsmi diplomatik əlaqələri yoxdur, lakin İrana qarşı ortaq düşmənçiliklərinə görə gizli təhlükəsizlik əlaqələrini paylaşırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.