Dünya

ABŞ Ukraynaya görə iclas keçirəcək

15 İyun 2022 08:20
0 Şərh     Baxış: 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ iyunun 15-də Brüsseldə Ukraynaya silah tədarükü ilə bağlı təmas qrupunun üçüncü iclasına ev sahibliyi edəcək.

Milli.Az "report"a istinadən bildirir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit Brüsseldə keçirdiyi brifinqdə deyib.

"ABŞ NATO-nun Ukraynaya başqa hansı yardımı göstərə biləcəyini müzakirə etmək niyyətindədir. Bunun üçün ABŞ Ukraynaya silah tədarükü üzrə təmas qrupunun üçüncü iclasını keçirəcək. İclas 50-yə yaxın ölkəni əhatə edir", - Smit qeyd edib.

İclas NATO müdafiə nazirlərinin iyunun 15-16-da Brüsseldə keçirilməsi planlaşdırılan görüşündən əvvəl baş tutacaq.

ABŞ-ın Alyansdakı nümayəndəsi qeyd edib ki, NATO ölkələri Kiyevin əlavə silahların tədarükü ilə bağlı tələblərinə uyğunlaşmağa çalışır və bu tələblər daim dəyişir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.