Dünya

"NATO-nun Türkiyə ilə danışıqları..."

10 İyun 2022 22:24
0 Şərh     Baxış: 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçin xarici işlər naziri Ann Linde İsveçin NATO prosesinin vaxt aparacağını bəyan edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Linde bu haqda NATO ilə bağlı mətbuata açıqlama verən zaman danışıb.

O, iyunun sonunda İspaniyada keçiriləcək NATO sammitində İsveçə üzvlük verilməsi ilə bağlı spekulyasiya etmək istəmədiyini və NATO prosesinin ölkəsi üçün vaxt aparacağını bildirib.

Linde ümid etdiyini bildirib ki, prosesin sonunda hər kəsin razı qalacağı bir nəticəyə nail olunacaq:

"NATO prosesi zaman alsa da, hər kəsin xoşbəxt olacağına ümid edirəm. Bu ümid NATO üzvü olmağımızdır".

NATO-nun Türkiyə ilə danışıqlarını konstruktiv olaraq qiymətləndirən Linde danışıqların kəsilməyəcəyinə ümid etdiyini də əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory