Dünya

Dnepropetrovsk vilayətinə raket zərbəsi endirilib

10 İyun 2022 12:22
0 Şərh     Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə saatlarında ruslar Dnepropetrovsk vilayətini atəşə tutdular, səhər saatlarında Dnepr bölgəsinə raket hücumu olub, bir nəfər yaralanıb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Valentin Rezniçenko məlumat verib.

"Gecə və səhər gərgin keçib. Gecə düşmən yenidən Krivoy Roq rayonunu atəşə tutub. Üç icma birdən atəşə tutulub. Zelenodolsk icmasında dağıntılar var. 41 yaşlı qadın qəlpə yarası alıb. Səhər Dnepr rayonuna raket zərbəsi endirilib", - o yazıb.

İlkin məlumata görə, xəsarət alan yoxdur. Təfərrüatlar dəqiqləşdirilir.

Rezniçenko həmçinin qeyd edib ki, Dneprdə güclü səhər yanğını düşmənin hücumu ilə bağlı deyil. Onun sözlərinə görə, şəhərin müəssisələrindən biri yanırdı, lakin xilasedicilər artıq yanğını söndürüblər.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.