Dünya

Bu ölkə kannabis yetişdirilməsini və istifadəsini qanuniləşdirdi: Asiyada ilk dəfə

10 İyun 2022 10:00
0 Şərh     Baxış: 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 9-da narkotiklə mübarizə üzrə ciddi qanunları ilə tanınan ölkə olan Tayland kannabisin yetişdirilməsini, həmçinin qida məhsulları və içkilərdə istifadəsini qanuniləşdirdi və bununla da kannaibis rəsmiləşdirən ilk Asiya ölkəsi oldu.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" xəbər verib.

Alıcılar artıq içkilər, şirniyyatlar və tərkibində kannabis olan digər məhsullar üçün satış nöqtələrində növbəyə dururlar. Bir çoxları dünən gecədən bəri ayaqdadır. Ancaq bununla belə marixuana çəkmək hələ də qanunla qadağandır.

Tayland artıq 2018-ci ildə tibbi marixuananı qanuniləşdirib. İndi hökumət satışından gəlir əldə edilməsi məqsədilə fermerləri onu  yetişdirməyə təşviq etmək üçün bir milyon bitki verməyi planlaşdırır.

Bununla belə səlahiyyətlilər təklif olunan məhsulların gücünü məhdudlaşdırmaqla onun rekreasiya məqsədləri üçün istifadəsinin qarşısını almağa çalışırlar. Tərkibində 0,2%-dən çox psixoaktiv tərkib hissəsi - tetrahidrokannabinol (THC) olan kannabis ekstraktlarının saxlanmasına və satışına icazə verilmir.

Qanunu pozanları hələ də həbs cəzası və cərimə gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.