Dünya

Avropada 5 milyona yaxın ukraynalı qaçqın kimi qeydiyyata alınıb - BMT

9 İyun 2022 20:30
0 Şərh     Baxış: 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müharibə başlayandan bəri Avropada 5 milyona yaxın ukraynalı qaçqın kimi qeydiyyata alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) hesabatında bildirilib.

BMT QAK-ın məlumatına görə, fevralın 24-dən bəri ümumilikdə 4 816 923 ukraynalı Avropanın 44 ölkəsində qaçqın kimi qeydiyyata alınıb.

Bildirilib ki, iyunun 7-nə kimi Ukraynadan 7,3 milyondan çox insanın sərhəd keçidi qeydə alınıb və onlardan 2,3 milyon nəfəri ölkəsinə qayıdıb.

18-60 yaş arası ukraynalı kişilərin hərbi xidmətə yararlı olması və xaricə gedə bilməməsi səbəbindən xarici ölkələrə gedənlərin 90%-ni qadınlar və uşaqlar təşkil edir.

BMT QAK bildirib ki, Ukraynadakı müharibə "dünyanın ən böyük məcburi köçkün böhranlarından biri"nə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.