Dünya

NATO Polşa və Baltikyanı regionda təlimlər keçirir

7 İyun 2022 22:53
0 Şərh     Baxış: 698
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO Polşa və Baltikyanı ölkələrdə hava hücumundan müdafiəni təkmilləşdirmək üçün təlimlər keçirir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  "Ramstein Legacy 22" adlanan və 6-10 iyun tarixləri arasında planlaşdırılan təlimdə döyüş təyyarələri, hava və raketdən müdafiə sistemlərindən istifadə edilir.

Litva, Latviya və Estoniyada keçirilən təlimlərdə Polşadan başqa NATO müttəfiqləri və tərəfdaşlarından 17 ölkə iştirak edir.

NATO-nun təlimlə bağlı açıqlamasında Rusiya-Ukraynaya müharibəsindən sonra Alyans ölkələrinin sərhədləri yaxınlığında raket, pilotsuz uçuş aparatları və döyüş təyyarələrindən istifadənin artdığı bildirilərək səhv hesablamalar və nəzarətin itirilməsi kimi ehtimallarla NATO regionu üçün təhlükənin artdığı qeyd olunub.

"Rusiyanın Ukraynaya təcavüzündən sonra mövcud təhlükəsizlik vəziyyətini nəzərə alsaq, bu kimi genişmiqyaslı təlimlər NATO üçün indi hər zamankındən daha vacibdir", - NATO Müttəfiq Hava Komandanlığının komandanı təlimlə bağlı verdiyi açıqlamasında bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.