Dünya

Boris Consonun yerinə namizədlər kimlərdir?

6 İyun 2022 23:55
1 Şərh     Baxış: 981
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Böyük Britaniya Parlamentində Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının parlament qrupunda etimad səsverməsi başlayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Britaniyanın "The Times" qəzeti Boris Consona etimadsızlıq elan olunacağı halda baş nazir postuna mümkün namizədlərin siyahısını dərc edib.

Siyahıya maliyyə naziri Rişi Sunak, müdafiə naziri Ben Uolles, müdafiə naziri Nadim Zahavi, daxili işlər naziri Priti Patel, xarici işlər naziri Elizabet Trass, keçmiş xarici işlər naziri Ceremi Hant, səhiyyə naziri Sacid Cavid, mənzil-kommunal xidmətlər naziri Maykl Qove daxildir.

Qəzet həmçinin İcmalar Palatasının beynəlxalq komitəsinin rəhbəri Tom Tugendhat, kiçik ticarət siyasəti naziri Penni Mordont və parlamentari Stiv Beykerin adını çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.