Dünya

Almaniya niyə Ukraynaya silah göndərmir?

6 İyun 2022 21:54
2 Şərh     Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Ukraynaya silah göndərməməsinin ilkin səbəbləri açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" nəşri yazıb.

Nəşr qeyd edib ki, Almaniyanın Ukraynaya silah göndərməməsinin iki səbəbi var.

"Birincisi, Almaniya ehtiyat edir ki, Ukrayna döyüş meydanında bir neçə qələbə qazansa, "özünə inamlı" ola bilər və Rusiya ərazisinə hücum edə bilər. Bu isə o deməkdir ki, Almaniya tankları yenidən Rusiya əraisində olacaq", - deyə mənbə nəşrə bildirib. Mənbə burada İkinci Dünya müharibəsində baş verən hadisələri nəzərdə tutur. 

Bildirilir ki, ikinci səbəb Almaniyanın Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı olan inamsızlığıdır. Ölkənin Ukrayna Prezidentinə hansı səbəbdən inamsızlıq nümayiş etdirdiyinin səbəbi isə açıqlanmayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.