Dünya

Türkiyədə müdafiə təyinatlı məhsul ixracı 94% artıb

4 İyun 2022 08:28
0 Şərh     Baxış: 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin müdafiə sənayesi müəssisələri mayda 330 464 000 dollarlıq məhsul ixrac edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 94% çoxdur. Sektorda yanvarın 1-dən mayın 31-dək olan müddətdə ixrac həcmi 1,6 milyard dolları ötüb. Cari ayın sonunadək ixracın 2 milyard dolları keçəcəyi real hesab edilir.

Ötən il Türkiyə 3 milyard dollarlıq müdafiə təyinatlı məhsul istehsal edib. Builki hədəf 4 milyard dollardır.

Qeyd edək ki, sektorun tanıtımını sürətləndirmək üçün 9 səfirlikdə müdafiə sənayesi üzrə müşavir postu təsis edilib. Siyahıda Türkiyənin Azərbaycandakı səfirliyi də yer alır. Prezident Rəcəb Tayyip Ərdoğanın müvafiq sərəncamı artıq Rəsmi Qəzetdə dərc olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.