Dünya

ABŞ Ukraynanı 60 km mənzilli idarə olunan raketlərlə təchiz edəcək

1 İyun 2022 07:27
0 Şərh     Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Ukraynanı 60 km mənzilli idarə olunan raketlərlə təchiz edəcək.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Söhbət "M31 GMLRS" raketlərindən gedir. Bu tip döyüş sursatları 155 mm-lik M-777 haubitsalarından iki dəfə uzundur.

Qəzetin məlumatına görə, ABŞ bununla da Ukrayna qoşunlarının döyüş qabiliyyətini gücləndirmək niyyətindədir.

Raketlər gələn həftə təhvil verilə bilər.

Bundan əvvəl Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə Kiyevə silah tədarükü və Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.