Dünya

Dnepropetrovsk "Uraqan"lardan atəşə tutulub

23 May 2022 12:59
0 Şərh     Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 23-nə keçən gecə rus qoşunları Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonunu atəşə tutdular, "Uraqan" MLRS-nin mərmiləri Apostolovski icmasının kəndləri arasında düşdülər.

Milli.Az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının sədri Valentin Rezniçenko məlumat verib.

"Əksər rayonlarda hər şey qaydasındadır. Krivoy Roqda yenə atəş açdılar. Düşmən "Uraqan"larla Apostol İcmasını iki dəfə vurdu. Mərmilər kəndlərin arasına düşdü. Xəsarət alan olmayıb", - o deyib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.