Dünya

Latviya Rusiyadakı konsulluqlarını bağladı

17 May 2022 08:14
0 Şərh     Baxış: 401
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviyanın Sankt-Peterburqdakı baş konsulluğu və Pskovdakı konsulluğu işini dayandırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Latviyanın Rusiyadakı səfiri Maris Riekstins deyib.

"Bu gündən etibarən Latviyanın Pskovdakı Konsulluğu və Sankt-Peterburqdakı Baş Konsulluğunun işinə xitam verilib", - Riekstins bildirib.

Səfir əlavə edib ki, Latviyanın Moskvadakı səfirliyinin konsulluq bölməsində konsulluq xidmətlərinin göstərilməsi davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.