Dünya

Rusiya Finlandiya və İsveçi hədələyib

16 May 2022 11:12
0 Şərh     Baxış: 1 699
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Finlandiya və İsveçin NATO-ya daxil olması çox böyük fəsadları olan səhv olardı".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "RİA Novosti"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsveç və Finlandiyanın Alyansa daxil olmasından sonra hər iki ölkənin təhlükəsizliyi güclənməyəcək.

"Heç kimdə Rusiyanın vəziyyətlə barışacağına dair illüziyası olmamalıdır. Moskvanın reaksiyası isə Stokholm və Helsinki tərəfindən atılan konkret addımlardan asılı olacaq", - XİN başçısının müavini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.