Dünya

Britaniya kəşfiyyatı: Rusiya Ukraynanın müqavimətini düzgün qiymətləndirməyib

10 May 2022 10:36
0 Şərh     Baxış: 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın müqavimətini düzgün qiymətləndirməməsi və onu "ən yaxşı ssenari" üzrə planlaması Rusiyanın açıq-aşkar əməliyyat uğursuzluqlarına gətirib çıxarıb və Prezident Putinin 9 May Qələbə Günü paradında Ukraynada əhəmiyyətli hərbi uğurlar elan etməsinə mane olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Rusiyanın Ukraynanı işğal planı çox güman ki, onun məhdud müqavimətlə qarşılaşacağı və əhalinin məskunlaşdığı mərkəzləri sürətlə mühasirəyə ala və yan keçə biləcəyi ilə bağlı səhv fərziyyələrinə əsaslanıb.

Qeyd olunub ki, əməliyyatlarla bağlı yanlış hesablamaları Rusiyanın yeri doldurulmayan itkilər verməsinə və əməliyyat fokusunun azalmasına səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.