Dünya

"Ukraynada müharibənin nəticəsi Gürcüstanın gələcəyini müəyyənləşdirəcək"

9 May 2022 20:05
0 Şərh     Baxış: 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada müharibənin nəticəsi Gürcüstanın gələcəyini müəyyənləşdirəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri Irakli Qaribaşvili Avropa Günü münasibəti ilə təşkil edilmiş tədbirdə çıxışında deyib:

"Ukraynada müharibənin başa çatması hamı üçün böyük önəm daşıyır, müharibənin nəticələri bütün dünyanın gələcək günlərini müəyyənləşdirəcək, o cümlədən də Gürcüstanın. Ona görə də, müasir dünyanın Avropanın üzləşdiyi bu çağırışa necə reaksiya verməsi çox önəmlidir".

Baş nazir ölkəsinin Avropa ilə birlikdə olduğunu və Gürcüstanın Avropa ilə ortaq dəyərlərə sahib olduğunu vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.