Dünya

Ukraynada 221 uşaq müharibənin qurbanı olub

5 May 2022 14:06
Baxış: 554
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 221 uşaq ölüb, 408 uşaq güllə və qəlpə yarası alıb.

Milli.Az "report"-a istinadən bildirir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Müharibə başlayandan indiyədək xəsarət alan uşaqların ümumi sayı 629-a çatıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Bildirilib ki, Rusiya hərbi qüvvələrinin gündəlik bombardmanı və atəşi nəticəsində 1 584 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 118-i tamamilə dağılıb.

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.